Consonun cərimələnməsindən sonra istefa verdi

consonun-cerimelenmesinden-sonra-istefa-verdi
Oxunma sayı: 8754

Böyük Britaniyanın ədliyyə üzrə dövlət katibi Devid Volfson istefa verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın ədliyyə üzrə dövlət katibi Devid Volfson Baş nazir Boris Consonun baş nazirin ofisində COVID-19 məhdudiyyətlərini pozduğuna görə cərimələnməsindən sonra istefa verib.

 Volfson Consona yazdığı məktubda təkcə hökmün çıxarılmasına səbəb olan fəaliyyətlərə görə deyil, həm də “baş verənlərə rəsmi reaksiya” səbəbindən vəzifəsini tərk etdiyini vurğulayıb.