Consonun istefası üç naziri birdən dəyişdi

consonun-istefasi-uc-naziri-birden-deyisdi
Oxunma sayı: 1540

Böyük Britaniyanın xarici işlər naziri Boris Consonun istefasından sonra 3 nazir postu yenilənib.

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, baş nazir Tereza Mey Consonun yerinə səhiyyə naziri Ceremi Hantı təyin etdikdən sonra avtomatik olaraq digər postlara da yeni təyinat olub. Belə ki, Ceremi Hantın yerinə rəqəmsal texnologiyalar və mədəniyyət naziri Metyu Henkok, onun yerinə isə İngiltərə və Uelsin baş prokuroru Ceremi Rayt gətirilib.

Yeni təyinatlar kraliça II Yelizaveta tərəfindən təsdiqlənib.