AYNA-nın sədri Anar Rzayev COP29 zolaqlarının tədbirdən sonrakı aqibəti barədə danışıb.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə açıqlama verib.
Qurum rəhbərinin sözlərinə görə, zolaqların hamısı ictimai nəqliyyat üçün nəzərdə tutulub. Sırf COP29-un əməliyyatları üçün təşkil olunmuş zolaqların tədbirdən sonra fəaliyyəti dayandırıla bilər. Amma digər zolaqlar ictimai nəqliyyatın istifadəsinə veriləcək.