Corat və ətrafında 30 nəfər tutuldu - Silsilə əməliyyatlar

corat-ve-etrafinda-30-nefer-tutuldu
Oxunma sayı: 1921

Sumqayıtda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin keçirdiyi əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsinə görə əvvəllər məhkum edilən Corat sakini Tahir Quliyev tutularaq istintaqa təqdim edilib. Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 3 kiloqrama yaxın heroin aşkar olunub. Tahir Quliyev Corat qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul oluğunu etiraf edib.

Qeyd edək ki, 1-ci Polis Bölməsinin ilin əvvəlindən Coratda və ətraf ərazilərdə həyata keçirdiyi əməliyytalar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 30 nəfər saxlanılıb. Onlar barəsində toplanan materiallar Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Bundan başqa bölmənin keçirdiyi digər əməliyyatla oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Fərman Paşayev də saxlanılıb. Onun Sumqayıt şəhərində iki mənzildən pul və qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib. F.Paşayevin digər cinayətlərdə iştirak edib-etmədiyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.