Coratda dənizdə batan gəncin meyiti tapıldı - Yenilənib

coratda-denizde-batan-gencin-meyiti-tapildi
Oxunma sayı: 5424

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Corat qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədər “Qafqazinfo”ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

***

Sumqayıt şəhərinin Corat qəsəbəsində dənizdə batan gəncin meyiti tapılıb.

Report-un yaydığı xəbərə görə, dənizdə batan şəxs 2006-cı il təvəllüdlü Nəbiyev Kamal Mirzə oğludur.

Meyit aidiyyəti üzrə təhvil verilib.