Corc Buş - xəstədir

corc-bus-xestedir
Oxunma sayı: 645

“Qafqazinfo” ABŞ mətbuatına istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti ata Corc Buşun səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib.

88 yaşlı Buş 5 gün öncə Hyuston xəstəxanasına yerləşdirilsə də, məsələ ilə bağlı məlumat gizli saxlanılıb. Qeyd edək ki, həkimlər Buşun hazırda vəziyyətinin stabil olduğunu və bir neçə gün sonra evə buraxılacağını bildiriblər. Məlumata görə, Buş bronxlarında yaranmış problemlə bağlı əziyyət çəkir.