Corc Kluni İrəvanda erməni-dilində danışdı - Video

corc-kluni-irevanda-ermeni-dilinde-danisdi
Oxunma sayı: 3576

Hollivud ulduzu Corc Kluni Ermənistana gedib.

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, aktyoru hava limanında rusiyalı biznesmen, “Ameria” şirkətlər qrupunun sahibi Ruben Vardanyan qarşılayıb. O, Vardanyanı erməni-dilində salamlayıb.

Qeyd edək ki, C. Kluni qondarma “erməni soyqırımı”na həsr olunmuş tədbirlərdə və R. Vardaryanın “100 həyat” layihəsi çərçivəsində “Avrora” mükafatlandırma mərasimində iştirak edəcək.