Corc Kluninin vəkil xanımı Xədicə İsmayılı müdafiə edəcək

corc-kluninin-vekil-xanimi-xedice-ismayili-mudafie-edecek
Oxunma sayı: 2993

Beynəlxalq miqyasda tanınmış vəkil və aktyor Corc Kluninin xanımı Amal Kluni Amerikanın NBC tele şirkətinə müsahibəsində hazırda həbsdə olan azərbaycanlı jurnalist Xədicə İsmayılovanı Avropa İnsan Hüquqları Məhkəməsində müdafiə edəcəyini bildirib.

“Qafqazinfo” Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Amal Kluni medianın hüquqi müdafiəsi təşəbbüsünü təmsil edən vəkillə birlikdə İsmayılovanın həbsinə etirazla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.

Xədicə İsmayılovanın vəkilləri hələlik Kluni ilə razılığın əldə olunduğunu təsdiq etməyib.

Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.