Çörək sexinin işçiləri dəm qazından zəhərləndi

corek-sexinin-iscileri-dem-qazindan-zeherlendi
Oxunma sayı: 2648

Gədəbəy şəhəri ərazisində yerləşən çörəkbişirmə sexində dəm qazından zəhərlənmə halı baş verib.

“Qafqazinfo”nun məlumatına görə, sexdə işləyən 1976-cı il təvəllüdlü X.Həsənova, 1971-ci il təvəllüdlü P.Sadıqova və 1986-cı il təvəllüdlü S.Hüseynova dəm qazından zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Yunis Quliyev