Çörək və şirniyyat sexlərində yoxlama- - Fotolar

corek-ve-sirniyyat-sexlerinde-yoxlama-
Oxunma sayı: 1266


“Qafqazinfo” xəbər verir ki, Azərbaycan RespublikasınınStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsitexniki tənzimləmə və standartlaşdırma üzrə dövlət nəzarəti xidmətinin Şəki ərazi idarəsindən APA-ya verilən məlumata görə, Şəki ərazi  idarənin əməkdaşları dövlət nəzarət planına uyğun olaraq  Zaqatala rayonunda fiziki şəxs Xədicə Balayevaya məxsus çörək sexində,  Balakən rayonunda isə fiziki şəxs Tamara Muqumayevaya  məxsus şirniyyat  sexində yoxlamalar aparıb.

Aparılan yoxlamalar zamanı hər iki sexdə gigiyenik və uyğunluq sertifikatlarının olmamaması ilə yanaşı fəaliyyət göstərən sexlərdə eyni zamanda  istehsal olunan məhsulların dövri sınaqlar üçün təqdim olunmaması, ölçü vasitələri müqayisəli yoxlamadan keçirilmədən istifadə olunması məhsul üçün texnoloji təlimat və resepturanın, o cümlədən hazır məhsulun saxlanması üçün ayrıca bölmələrin olmaması, markalanma, saxlanma və daşınma qaydalarının pozulması halları qeydə alınıb. Aşkarlanmış pozuntularla bağlı sex sahiblərinə nöqsanların aradan qaldırılması barədə şifahi xəbərdarlıq olunub, nöqsanların aradan qaldırılması üçün vaxt verilib.