Çörək zavodunun əməkdaşı iş yerində intihar etdi

corek-zavodunun-emekdasi-is-yerinde-intihar-etdi
Oxunma sayı: 5130

Şəkidə intihar hadisəsi olub.

"Qafqazinfo"nun məlumatına görə, hadisə axşam saatlarında baş verib. Belə ki, 1994-cü il təvəllüdlü Şəki şəhər sakini Məmmədrəhimli Tərlan Rəhman oğlu işlədiyi "Sünbül" çörək zavodunda özünü asaraq intihar edib.

T.Məmmədrəhimlinin özünü hansı səbəbdən asdığı hələlik məlum deyil. Meyit müayinə olunmaq ücün ekspertiziyaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov