Çovdarov da bəraət istəyir

covdarov-da-beraet-isteyir
Oxunma sayı: 1609

Bu gün ləğv olunmuş MTN-nin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə general Akif Çovdarovun vəkili Sadiq Rəsulov müdafiə çıxışını davam etdirib.

O bildirib ki, A.Çovdarov günahsız olduğu üçün ittihamları qəbul etmir və müvəkkili barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Hazırda proses davam edir. A.Çovdarovun digər vəkili Kamandar Nəsibov çıxış edəcək.

***

Prosesdə K.Nəsibov və Çovdarovun üçüncü vəkili Şahin Rəfiyev çıxış ediblər. Bununla da vəkillərin müdafiə çıxışı başa çatıb. Növbəti iclasda təqsirləndirilən şəxslər son söz deyəcək. 

Proses sentyabrın 25-də davam etdiriləcək.

Murad Əhməd