“Çovdarov yüz hektar torpağı ələ keçirib...”

covdarov-yuz-hektar-torpagi-ele-kecirib
Oxunma sayı: 2144

Bu gün ləğv olunmuş MTN-nin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Kürdəmir rayon Polis İdarəsinin sahə rəisi Kamran İmanovun qardaşı Şehman İmanov ifadə verərək istintaqa dediklərini təsdiqlədiyini bildirib.

O deyib ki, MTN generalı A.Çovdarov Kürdəmir rayonunda yüz hektarlarla torpaq sahəsini ələ keçirib və həmin ərazidə balıqçılıq təsərrüfatı yaradıb.

Daha sonra həmin epizod üzrə şahidlər dindirilib.

Məhkəmə prosesi fevralın 6-da davam etdiriləcək.

Murad Əhməd