COVID-19-a görə bağlanan “AzDrama” açıldı

covid-19-a-gore-baglanan-azdrama-acildi
Oxunma sayı: 1515

İki həftə əvvəl əməkdaşları COVID-19-a yoluxduğuna görə müvəqqəti bağlanan Akademik Milli Dram Teatrı fəaliyyətini yenidən bərpa edib.

Bu barədə “Qafqazinfo”ya teatrın mətbuat katibi Cavid Zeynallı məlumat verib.

Onun sözlərinə görə, teatr fevralın 7-də açılıb: “Koronavirusa yoluxmuş əməkdaşlarımızın karantin müddəti bitib. Normal iş şəraitində davam edirik”.

Zeynallı qeyd edib ki, fevral ayında ilk tamaşa ayın 11-də oynanılacaq.  

Hüseyn Məmmədsalahov