“COVID-19-la bağlı müraciətlərin sayı azalıb”

covid-19-la-bagli-muracietlerin-sayi-azalib
Oxunma sayı: 1195

“Son günlər təcili tibbi yardıma COVID-19-la bağlı müraciətlərin sayı azalıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkiminin müavini Nuridə Fərzəliyeva bildirib. 

O qeyd edib ki, yoluxma az olan dövrlərdə təcili yardıma müraciətlər də azalır: “Həmişə gündəlik yoluxma sayı ilə bizim iş arasında mütənasiblik var. Hazırda yoluxmalar azalıb, ağırlaşmalar müşahidə olunmur. Az sayda hospitalizasiya halları olur. Həmçinin bizə müraciətlərin sayı da azalıb. 

Hazırda kəskin respirator xəstəliklərlə, hərarətlə bağlı müraciətlər olur. Bu da qış fəsli ilə əlaqədardır. İnsanlar arasında bu fəsildə respirator xəstəliklər artır”.

N. Fərzəliyeva bildirib ki, təcili yardım tərəfindən koronavirusla bağlı yaxma temperatur 38 dərəcədən yüksək olduqda götürülür. Əgər temperatur 38 dərəcədən az olarsa, bu halda vətəndaşlar poliklinikalardakı məntəqələrə müraciət etməlidirlər.

 

Gülnar Əliyeva