Azərbaycanda COVID-19 PCR testlərinin qiyməti ucuzlaşacaq

azerbaycanda-covid-19-pcr-testlerinin-qiymeti-ucuzlasacaq
Oxunma sayı: 3106

16 may 2019-cu il tarixində ölkə prezidenti İlham Əliyevin açılışını gerçəkləşdirdiyi və “Azərbaycan İnvestisiya Şirkəti”nin də iştirak payı olan “DİAMED CO” Şpris İstehsalı Zavodu 2021-ci ilin avqust ayından etibarən daha bir yeni istehsal xəttini quraraq qlobal pandemiya dövründə ən çox tələb olunan COVID-19 virusunun PCR üsulu ilə aşkarlanması üçün istifadə olunan reagentlərin istehsalına başlayıb.

Şirkətdən "Qafqazinfo"ya verilən məlumata görə, zavod hazırda çox yüksək keyfiyyətli COVID-19 virusunu və onun mutasiyalarını təyin edə bilən reagentlər istehsal edir. Zavodun istehsal gücü illik 6 000 000 ədəddir.           

Şpris İstehsalı Zavodunun istehsal etdiyinin COVID-19 reagentlərinin qiymətlərinin aşağı olması ölkədə aparılan COVID testlərinin də qiymətinin aşağı düşməsinə səbəb olacaq.

Bundan əlavə, yerli reagentlərdən istifadə etməklə analizlərin nəticələri dəqiq olmaqla yanaşı, daha qısa müddətə hazır olacaq. 

Qeyd edək ki, pandemiya başladığı dövrdən bu günə qədər statistika üzrə 5 526 664 ədəd COVID-19 PCR testi aparılıb. Bu sahədə yerli istehsalçının olması ölkədən böyük məbləğdə valyuta axınının qarşısını alacaq.