“COVID-19-un ikinci ili daha çox ölüm gətirə bilər” - ÜST

covid-19-un-ikinci-ili-daha-cox-olum-getire-biler
Oxunma sayı: 4271

COVID-19 pandemiyasının ikinci ili birinci ili ilə müqayisədə daha çox ölüm gətirə bilər.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, COVID-19 artıq 3,3 milyon insanın həyatına son qoyub:

“Pandemiyanın ikinci ilinə qədəm qoyduq, hansı ki, birinci illə müqayisədə daha çox ölüm gətirə bilər. İndi həyat və ev təsərrüfatlarının xilas edilməsi üçün yeganə çıxış yolu - ictimai səhiyyə sahəsində vaksinasiya və tədbirlərin ayrı-ayrılıqda istifadə edilməsi deyil, birləşdirilməsidir”.