“Çox acıyıram, yazıq uşaq...”

cox-aciyiram-yaziq-usaq
Oxunma sayı: 1233

Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən “İnter” – “Sumqayıt oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Zaur Svanadze mətbuat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis heç-heçəyə sevindiklərini gizlətməyib:

- Bu cür oyundan sonra danışmaq çətindi. Sevinirəm ki, xalı xilas edə bildik. Ancaq oyunun 60 dəqiqəsini azlıqda oynadıq, Xizanişvili zədələndi, Rauf da belə. Çox acıyıram, yazıq uşaq. Sona 4 tur qalıb. Bacardığımız qədər mübarizə aparacağıq.

- Sezar Meza Kollini Kamran Ağayev qırmızı vərəqə aldıqdan sonra oyundan aldınız. Hücumameylli futbolçunu çıxararkən, şüuraltı olaraq hesabın 1:3 olacağını düşündünüz və böyük hesabla məğlub olmamağı gözünüzün önünə aldınız?
- Xeyr, Sezar da zədəlidi və oyuna tam hazır deyil. Bunu nəzərə alıb, onu əvəzlədik. Əsla məğlubiyyət barədə düşünmürdük. Sadəcə, həmin an ən düzgün addım bu idi.