“Çox adam fikirləşirdi ki, Yaşar məni sevir”

cox-adam-fikirlesirdi-ki-yasar-meni-sevir
Oxunma sayı: 2405


"Qafqazinfo" həmin müsahibədən bir hissəni təqdim edir:

O bildirib ki, Yaşar ilə bağlı heç nəyi dəyişmək istəmir:

"Çünki bu da bir alın yazısı idi. Elə böyük bir sənətkar ilə tərəf müqabili olub 35 il çiyin- çiyinə işləmək az iş deyil. Onun ailəsi və özü ilə o qədər yaxşı xatirələrim, günlərim olub ki. Yaşar mənim üçün həyat, sənət məktəbi idi. İndi deyirəm ki, ilahi mən elə böyük, qüdrətli sənətkar ilə tərəfmüqabili olmuşam. İş yoldaşı, dost, sirdaş yerim olub.

Çox adam fikirləşirdi ki, Yaşar məni sevir və s. Özü heç vaxt həyatda mənə bu barədə nəsə deməyib. Verilişdə şeir və s. ilə deyirdi. 

Bir də içəndə həmişə məni qısqanıb. İçən kimi deyirdim, içdi yenə başlayacaq qısqanmağa. 

Həyat yoldaşı da bilirdi ki, mən necə adamam. Yaşar da , xanımı da yaxşı bilirdilər ki, o vaxt mənim də həyatımda bir insan var idi. Yoldaşı Yaşarı mənə, mənimki də Yaşara tapşırırdı. Yaşar hərdən zarafatla deyirdi ki, “gəl biz bunların acığına evlənək”. Tez- tez yuxuma girir. Ancaq teatrı soruşur. Başqa sözü yoxdur. Mən hələ də səhhətimdə problem olduğuna görə qəbrinin üstünə gedə bilməmişəm”.