“Qafqazinfo”nun məlumatına görə, jurnalın suallarını cavablandıran aktrisa yaşından az görünməsini avantaj saydığını bildirib:
“24 yaşında olsam da, yaşımı göstərmirəm. Bu avantajdır. Bunun çörəyini uzun müddət yeyəcəyəm. Vaxtı gələndə məndə də qadına xas görünüş yaranacaq. Yaşımdan kiçik göründüyüm üçün sevinirəm”.
Kaya kişilərdə bəyəndiyi xüsusiyyətləri də sadalayıb:
“Mən yəqin zəkadan təsirlənirəm. Çox baxımlı kişiləri bəyənmirəm. Qarşımdakı insan çox zövqsüz də geyinə bilər. Əsas odur ki, həddini aşmasın”.
Könül
Son xəbərlər
Son Xəbərlər