“Qafqazinfo”ya açıqlama verən Medvedyev rəqibin əks hücumda daha inamlı təsir bağışladığını deyib: “Komanda sabahkı oyuna çox yaxşı hazırlaşır. Baş məşqçimizin veridyi bütün tapşırıqlara əməl etməyə çalışırıq. Rəqibimiz Fransanın ən adlı –sanlı klublarından biridir. Sabah çox görkəmli oyun olacaq. Rəqibin olduqca sürətli və təcrübəli futbolçuları var. Əsasən də əks hücumlarda daha sürətli olmağı bacarırlar. Hücum xətti də keyfiyyətli futbolçulardan təşkil olub. Lakin biz rəqibimizdən qorxmuruq. Doğrudur, hər bir nəticəyə hazır ola bilərik. “Sent-Etyen” bizə başağrısı ola bilər. Məqsədimiz öz oyunumuzu oynayıb qələbə qazanmaqdır”
Qeyd edək ki, Avro Liqanın qrup mərhələsi çərçivəsində “Qarabağ” sabah Tofiq Bəhramov adına Respublika stadionunda “Sent-Etyen”i qəbul edəcək. Matç saat 21:00-da başlayacaq.
İqbal
Son xəbərlər
Son Xəbərlər