“Çox ciddi açıqlamalarım olacaq” – - Xoşqədəm

cox-ciddi-aciqlamalarim-olacaq-
Oxunma sayı: 5821


Bunu “Qafqazinfo”ya açıqlamasında “Səni Axtarıram” verilişinin aparıcısı və müəllifi Xoşqədəm Hidayətqızı deyib. Aparıcı verilişinin ATV-də yayımının dayandırılması ilə bağlı son günlər ölkə gündəmində aparılan müzakirələrə “Qafqazinfo”ya zəng etməklə aydınlıq gətirib. O, mediada bu günə qədər haqqında yayılan məlumatlara reaksiya verərək bildirib ki, heç kəs qeyri-rəsmi məlumatlara inanmasın: “Bütün həqiqətlər keçirəcəyim mətbuat konfransında açıqlanacaq. ATV-dən getmə səbəblərim haqda çox ciddi açıqlamalarım olacaq. Veriliş bundan sonra hansı kanalda yayımlanacaq, bu haqda da informasiya verəcəyəm. Heç bir sualı cavabsız buraxmayacağam”. 

ATV-dən ayrılmasına televiziya prezidenti Vüqar Qaradağlı və aparıcı Zaur Baxşəliyevlə arasında yaranan qarşıdurmaların səbəb olması haqda yayılan məlumatlara isə X. Hidayətqızı belə cavab verib: “Burada söhbət insanlardan yox, layihədən gedir. Mən 5 il öncə bir layihə yaratmışam və o layihənin yaşamasına çalışıram. Yəni mənim üçün önəmli olan “Səni axtarıram”dır”.