“Qafqazinfo” xəbər verir ki, sərginin açılış mərasimində prezident İlham Əliyev iştirak edir. Beynəlxalq Xəzər Neft və Qaz Sərgi Konfransı sərgisində 29 ölkədən 400-dən artıq şirkət iştirak edir. Konfransda ümumi iştirakçıların 65 %-i xarici şirkətlər, 35% -i isə yerli şirkətlər təşkil edir. Sərginin bütün ekspozisiyası üzrə artım isə 10 %-dir.
Trendin xəbərinə görə, İ. Əliyev sərginin açılış mərasimində çıxış edib. Xəzər neft-qaz sərgisinin ölkəmizin müasir həyatında çox önəmli rol oynadığını deyən prezident bildirib: "Mən sizin hamınızı səmimiyyətlə salamlayıram. Bu gün Xəzər neft-qaz sərgisinin açılışı münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm, çünki bu sərgi ölkəmizin müasir həyatında çox önəmli rol oynayır. Əslində bu sərgi müstəqil Azərbaycana dünyanın diqqətini cəlb edən birinci önəmli addım olmuşdur. Bu sərgi 21-ci dəfədir ki, keçirilir, sərgiyə maraq azalmır, artır və bu gün 400-dən artıq şirkət təmsil olunur. Onlardan bəziləri ilk dəfə iştirak edirlər, bəziləri isə bizim ənənəvi tərəfdaşlarımızdır. İldən-ilə sərgidə iştirak edən şirkətlərin sayı artmaqdadır və bu çox gözəl hadisədir, çox önəmli əlamətdir, çünki Azərbaycanın neft-qaz sektoru öz imkanlarını genişləndirir və ildən-ilə öz fəaliyyətini genişləndirir".
Son xəbərlər
Son Xəbərlər