“Çox istərdim, siyasi məhbus problemi həll edilsin”

cox-isterdim-siyasi-mehbus-problemi-hell-edilsin-
Oxunma sayı: 801


“Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili İqbal Ağazadə parlamentin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı dilə gətirib.

O qeyd edib ki, siyasi məhbus problemi həll edilsə, xaricdən Azərbaycana bu istiqamətdə olan təzyiqlər azalar: “Daha böyük amnistiya aktı verilməldir. Bu Azərbaycan da vətəndaşların arasında həmrəyliyi daha da artırar. Avropa Məhkəməsinin İlqar Məmmədovun barədə qərarı var, onun da yerinə yetilməsi yaxşı olardı”.

Millət vəkili eyni zamanda bu günlərdə Azərbaycan tərəfinə keçən erməni əsgər Andranik Qriqoryana vətəndaşlıq pasportu verilməsini təklif edib.

O qeyd edib ki, kim Ermənistan və separatçı Dağlıq Qarabağ rejimindən qaçmaq istəyirsə, Azərbaycana keçə bilər, bunu başqa- üçüncü ölkə vasitəsilə də reallaşdıra bilər: “ Onsuz da Qriqoryan bizim vətəndaşımızdır. Ona görə də ona və digərlərinə məcburi köçkün və ya qaçqın statusu verilə bilər. Azərbaycan dövləti buna hazır olmalıdır. Bizdə milli ayrı-seçkilik problemi yaşanmır. Separatizmdən əziyyət çəkən insanların Azərbaycan yanında olmalıdır”.

Spiker Oqtay Əsədov isə millət vəkilinin təklifinə belə cavab verib: “Elanı çox etsək,  qorxuram ki, ermənilərin Azərbaycan gəlib qaçqın statusu almaq istəsin”.

Onu da qeyd edək ki, millət vəkili Zahid Oruc da çıxışı zamanı Qriqoryanın Azərbaycan tərəfinə keçməsi məsələsinə toxunub. O bildirib ki, Azərbaycan Ermənistana bir, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və orada yaşayan erməni milətindən olan Azərbaycan vətəndaşlarına ayrı siyasət yeritməlidir.