“Oyun əla keçdi. Çox maraqlı idi. Bir az üstünlük “Qarabağ” tərəfdə idi, ancaq “Neftçi” də əla mübarizə apardı”.
“Qafqazinfo” xəbər verir ki, bunu ölkə kubokunun final matçını izləyən və oyundan sonra komandaları mükafatlandıran AFFA prezidenti Rövnəq Abdullayev “CBC Sport”a deyib.
“Yaxşı epizodlar var idi. Düşünürəm ki, nəticə oyuna görə oldu. “Qarabağ”ı təbrik edirəm. “Neftçi” də Avrokuboklara vəsiqə qazanıb. Hər iki komandanın Avropa arenasında özlərini yaxşı göstərəcəklərinə inanıram”.
AFFA prezidenti başa çatan futbol mövsümünün nəticələri haqqında da danışıb:
“Planlaşdırdığımız bütün məsələləri həll etdik. Əsas məqsədlərimiz uşaq futbolunun inkişafı, Premyer Liqanın keyfiyyətli təşkili idi. Bunlara da nail olduq. Avropada ötən mövsüm klublarımız yaxşı çıxış etdilər”.
Son xəbərlər
Son Xəbərlər