“Çox məyus oldum” - Modriç

cox-meyus-oldum
Oxunma sayı: 3359

“99-cu dəqiqədə uduzduq. Futbol belə qəddar ola bilir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xorvatiya millisinin üzvü Luka Modriç ötən gün İtaliya ilə keçirilən oyundan sonra deyib. 

O, son dəqiqələrdə məğlubiyyətin üzücü olduğunu bildirib:

“Futbolda belə hallar yaşana bilir, bu, üzücüdür. Biz həmin qolu buraxmağa layiq deyildik. Bunun heç bir məntiqi izahı yoxdur. Çox məyus oldum. Tərəfdarlarımız bizim hər zaman arxamızdadır, bunu da bilirik”.

Qeyd edək ki, matçın hesabı İtaliyanın son dəqiqə qolu ilə bərabərə qalıb.