“Çox sakit olmalıyıq”- - İbrahim Şehiç

cox-sakit-olmaliyiq-
Oxunma sayı: 881


Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Qarabağ”ın qapıçısı İbrahim Şehiç deyib.

Bosniya və Herseqovinalı qapıçı sabaha UEFA Avropa Liqasının pley-off mərhələsində İsveçrənin “Yanq Boyz” klubuna qarşı keçirəcəkləri oyundan danışıb: “Bu oyuna ciddi hazırlaşmışıq. Amma matça tam köklənmək lazımdır. Bunu bacarsaq, qrup mərhələsində oynayacağıq. Həmçinin çox sakit olmalıyıq. Çünki bizim Avropa təcrübəmiz var və bundan yararlanmaq lazımdır. Bizim üçün vacib olan bu görüşün öhdəsindən gələcəyik. Hər oyun qələbə üçün meydana çıxdığımız kimi, yenə də qalib gəlməyə çalışacağıq”.

Şehiç rəqibin oyunundan da danışıb. O bildirib ki, isveçrəlilər oyuna sürətli başlayacaqlar: “Onların ilk dəqiqələrdən irəli atılacağını təxmin etmək çətin deyil. Yəqin ki, rəqib öz meydanında buraxdığı qolun əvəzini çıxmaq istəyəcək. Bizim üçün onların necə oynayacağının önəmi yoxdur. Baş məqşçimiz necə oynayacağımızı deyəcəksə, elə də oynamağa çalışacağıq. İnanıram ki, sonda gülən biz olacağıq”.

Qolkiper pley-off mərhələsində digər təmsilçimiz “Qəbələ”nin səfərdə Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşması haqqında danışıb: “”Qəbələ” üçün çox çətin olacaq. “Panatinaikos”u doğma meydanda məğlub edib mərhələ adlamaq asan iş deyil. Onlara uğurlar arzu edirəm”.

“Qafqazinfo”