"Wallet One" beynəlxalq ödəniş sisteminin çox valyutalı "vahid cüzdanı" Azərbaycanda istifadəyə verilib. "Qafqazinfo" xəbər verir ki, özündə müxtəlif ödəniş sistrmərinin imkanlarını, həmçinin ani pul köçürmələri sistemlərinin funksiylarının birləşdirən "Wallet One" vahid cüzdanı artıq Azərbaycanda istifadəçilərə təqdim olunub.
Bu cüzdan həmin sistem daxilində cüzdandan cüzdana köçürmələr, həmçinin kommunal xidmətlərin, internet telefon, onlayn oyun və bir çox xidmətlərin haqqının ani ödənilməsinə imkan yaradır. Hazırda Azərbaycanda 50-dən çox yerli provayderlərin xidmət haqqının bu cüzdanla ödənişi mümkündür.
Azərbaycanda "Wallet One" cüzdan istifadəçiləri üçün balansın artırılması və cüzdandan cüzdana pul köçürmələri sistem daxilində pulsuzdur. Həmin köçürməni həyata keçirmək üçün istənilən məbləği alacaq şəxsin sadəcə mobil telefon nömrəsini bilmə kifayətdir.
Vahid cüzdanı yaratmaq üçün www.walletone.az rəsmi saytında qeydiyyatdan keçmək lazımdır. Bundan əlavə istifdəçilərin tam rahatlığı üçün İOS və Android mobil platformaları üçün "vahid cüzdan"ın pulsuz mobil proqramını yükləyib "Wallet One"dan istifadə etmək mümkündür.
"Vahid Cüzdan"dakı balansa "Mastercard" və "Visa" bank kartları ilə həmçinin E-manat terminallları ilə pul yükələmək olar.
Gələcəkdə istifadə imkanlarını artırmaq üçün terminallar şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur. "Vahid cüzdan" üzrə 6-dək bank kartı "bağlamaq" və bununla da balansı artırmaq üün kart seçimini genişləndirmək olar. Cüzdandan Visa və MasterCard bank kartlarına köçürmə yolu ilə pul çıxarmaq mümkündür.
"Wallet One" Azərbaycandakı bütün istiadəçiləri üçün 2017-ci ilin sonunadək valyuta mübadiləsi, xaricə pul köçürmələri və xarici mağazalarda xidmətlərin ödənişi imkanı əlavə olunacaq. Yaxın gələcəkdə isə cüzdanın unikal "Cash by Code" üslubu il bankomatlardan və a bank filialllarında pulun göndərilməsi və ya çıxarılması mümkün olacaq.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər