“Çox zəif oynadıq” - Maqomed Adıyev

“Çox zəif oynadıq”
Oxunma sayı: 2597

Millətlər Liqasının 6-cı turunun Azərbaycan - Qazaxıstan matçından sonra qonaq komandanın baş məşqçisi Maqomed Adıyev mətbuat konfransında iştirak edib.

"Qafqazinfo" xəbər verir ki, o, komandasının məğlubiyyətini şərh edib:

- Dünən demişdiniz ki, Canni De Byazi ağzınızın danışığını bilsin. İndi ona hansı məsləhəti görərdiniz?

- Siz bu məsələdə çox dərinə gedirsiz. De Byazi və oyunçularınızla şəxsi-qərəzliyim yoxdu. Mən öz komandamın baş məşqçisiyəm. Mənim sizin və ya digər komanda haqda fikirlərim olmayıb. Olmayacaq da. Nə olubsa, olub. Canni De Byazi ilə bu haqda danışmışıq. Qalib gəldilər, afərin. Siz öz yolunuza gedirsiniz, biz öz. Azərbaycan və Canni De Byazi ilə bağlı narazılığım yoxdu. 

- Bu matçda nələr çatışmadı ki, uduzdunuz? Qrupdakı durumla bağlı nə deyəcəksiniz?

- Paltardəyişmə otağında da dedim, indi də deyəcəm. Futbolçulara dedim ki, çox yüklənmə var. Onları bərpa etmək çətindi. Məşqçi kimi oyunçuları, istiqaməti dəyişməyə cəhd etdim. Bu oyunda çox zəif oynadıq. Məqsədə çatdıqdan sonra çətin olur.

- Tsikli necə dəyərləndirirsiniz? Sizcə, gələcək üçün nəyin üzərində işləmək lazımdı?

- Bugünkü məğlubiyyət də təcrübədi. Düşünməli olan məsələlər var. Analizlər etməliyik ki, millimiz inkişaf etsin. Tutduğumuz mövqedən razıyıq. Uşaqların etdikləri isə milli üçün böyük addımdı. Hər zaman məğlub olanda səbəb axtarırıq. Yolumuz qarşıdadı, başqa oyunları düşünməliyik.

- Sizə elə gəlmir ki, rəqiblərimiz sizi yetəri qədər dəyərləndirmədi və buna görə bəxtiniz gətirdi?

- Əlbəttə ki, belədir(gülür).