Bolonya prosesinə qoşulan Azərbaycan ətraflı araşdırma və təhlillər aparmadan onun tələblərinin tətbiqində bir sıra yanlışlıqlara yol verdi. Həmin yanlışlıqlar təhsilin təşkili və idarəolunmasına məsul dövlət institutlarının rəsmi sənədlərinəyansıdı və ali təhsil müəssisələrinə ayaq açdı.İndidə ali təhsil müəssisələrindətələbə təlatümləribaş verir.
Başqa məsələlərə hələ ki toxunmadan konkret olaraq çoxballı sistem üzrə qiymətləndirmə məsələsinə nəzər salaq. Bu sistem daha dəqiq qiymətləndirmə imkanlarını özündə ehtiva edir (miqyas böyüyəndə dəqiqlik artır). Çoxballı sistemlə qiymətləndirmə heç də hökmən 100 balla qiymətləndirmə demək deyil. İspanya, İtaliya və digər ölkələrdə 20-30 balla qiymətləndirmədəndə istifadə edilir və bu Bolonya tələblərinin pozulması anlamına gəlmir. Azərbaycan Bolonya prosesinə yenicə qoşulanda 100 balla qiymətləndirmə sistemi üzrə aşağıdakı qayda tətbiq edildi: 50 bal imtahana ayrılan bal; 50 bal imtahana qədər tədris prosesində toplanan bal. İmtahana ayrılan balın içərisinə 17 baraj balıyerləşdirildi. (bəzi ali təhsil müəssisələri bu barajı sonralar dəyişdirdi). Belə qiymətləndirmə sistemi, heç şübhəsiz digər ölkələrin ali məktəblərində yox deyil. Məsələ başqadır. Yəni qiymətləndirmə sistemini tətbiq edən ali təhsil müəssisəsi bir sıra vacib şərtləri nəzərə almalıdır. Bunlar hansılardır?
- Ölkədəki orta ümumtəhsil məktəblərində təhsilin vəziyyəti necədir?
- Tələbə qəbulu ali təhsil müəssisəsinin sərəncamındadırmı?
- Ali təhsil müəssisəsinə qəbul edilən tələbələrin orta balı nə qədərdir?
- Ali təhsil müəssisəsinin maddi-texniki imkanları necədir, yəni tələbəyə hansı xidmət təklif edilir?
- Ali təhsil müəssisəsinin heyətinin səviyyəsi, tədris keyfiyyətiqiymətləndirmə tələblərinə adekvatdırmı?
və s.
Sadalananlara diqqət yetirilsə belə nəticə hasil olur ki, çoxballı sistem üzrə qiymətləndirmədə standart tətbiqi yanlışdır. ADA və Təfəkkür universitetlərinin timsalında müqayisə aparaq-əsaslı şəkildə fərqli ballarla tələbə qəbul edən və xeyli dərəcədə fərqli tədris-xidməttəklif edən bu universitetlərin hər ikisi eyni qiymətləndirmə sistemi tətbiq edir. Ziddiyyətli və komik deyilmi? Başqa sözlə, qiymətləndirmə qaydası ali təhsil müəssisəsinin sərəncamında olmalı bir işdir. Çünki onların imkanları müxtəlifdir. Təhsil Nazirliyi sadəcə qiymətləndirmə qaydasının yazılı olmasını və ali təhsil müəssisəsinin rəsmi saytında yerləşdirilrməsini, kataloqda təsbit olunmasını tələb edə və onun tətbiqinə nəzarət edə bilər.
Sonda bu məsələ ilə bağlı bir təklifimiz də var. Qiymətləndirmənin optimal variantı aşağıdakıdır: 60 bal imtahan üçün ayrılır (hər semestrdə iki dəfə imtahan aparılır, birinci, yəni aralıq imtahanı dekanlığın təşkilatçılığı və nəzarəti ilə müəllim tərəfindən noyabrın birinci ongünlüyündə cədvəl üzrə dərslərin birində aparılır və əsasən 20 balla qiymətləndirilir, ikinci, final imtahanı semestrin yekununda dekanlıq tərəfindən aparılır və 40 balla qiymətləndirilir, qalan 40 bal fənn müəlliminin sərəncamında olur, sonda 100 baldan 60 toplayan tələbə həmin fənnin kreditini qazanmış sayılır və ən əsası daxili keçid barajına (17, 25) heç bir ehtiyac qalmır. Bunun əleyhinə çıxanların çox vaxt bir arqumenti olur: müəllimlərə etibar edəndə neqativ hallar ortaya çıxır. Neqativ hal isə bütün variantlarda ortaya çıxa bilər, bu şərtlə ki, onu ortaya çıxarmaq istəyəsən.
Son xəbərlər
Son Xəbərlər