“Ermənilərin çoxu övladlarının hərbi xidmətdən yayınması üçün mühacirət edib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan demoqrafik strategiyanın müzakirəsi zamanı deyib.
O qeyd edib ki, demoqrafik vəziyyət təhlil edilərkən bir sıra amillər nəzərə alınmır. Xüsusən də bu səbəbdən nə qədər insan ölkəni tərk edib.