“Qafqazinfo”nun FHN-ə istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində hal-hazırda təmirə dayanmış ümumi sahəsi 115 kv.m olan 3 otaqlı mənzilin eyvanına yığılmış taxta tullantıları 3 kv.m sahədə yanıb. Yüksək temperaturdan eyvanın plastikdən ibarət qapı-pəncərə çərçivəsi əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər