Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə sosial aksiyalar davam edir.
“Qafqazinfo” xəbər verir ki, “Cratos” və “Niaqara” restoranlarının sahibləri tərəfindən növbəti ərzaq yardımı aksiyası həyata keçirilib, karantin dövründə ehtiyacı olan ailələrə ərzaq paylanılıb. Bu dəfə kampaniya daha geniş kütləni əhatə edib. Belə ki, sahibkarlar “Biz birlikdə güclüyük” kampaniyası çərçivəsində paytaxtın Nəsimi, Binəqədi, Xəzər rayonlarında yaşayan 1250 ailəyə yardım ediblər. Vətəndaşlar gündəlik tələbat mallarından ibarət ərzaq bağlamaları ilə təmin ediliblər.
Qeyd edək ki, hər iki restoran şəbəkəsinin birgə iştirakı ilə indiyə kimi paytaxtda 5 minə yaxın sakinə ərzaq bağlamaları paylanılıb.
Aksiyanı keçirmək üçün göstərdikləri dəstəyə və yaratdıqları şəraitə görə restoranlar şəbəkəsi Nəsimi, Xəzər və Binəqədi Rayonu İcra Hakimiyyətlərinə təşəkkürünü bildirib.


Son xəbərlər
Son Xəbərlər