“Crescent mall”un qarşısında 2 nəfəri maşın vurdu

crescent-mallun-qarsisinda-2-neferi-masin-vurdu
Oxunma sayı: 7444

İyunun 21-i “Crescent mall”un yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” nun məlumatına görə, hadisə Nəsimi rayonu Neftçilər prospekti ərazisində baş verib.

Belə ki, “Honda” markalı minik avtomobili yolun piyadaların keçidi üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyən gənc qızla oğlanı vurub.

Piyadalardan biri xəsarət alıb və xəstəxanaya yerləşdirilib.