Ötən ay NASA-nın astronavtlarını Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatdıran “Crew Dragon" kosmik gəmisinin Yerə qayıdacağı vaxt açıqlanıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, NASA-nın kommersiya uçuşları proqramının rəhbər müavini Stiven Stiç geriqayıdışın avqustun əvvəlinə planlaşdırıldığını bildirib:
“Biz avqustun əvvəlində - ən tez 2 avqustda qayıtmasını planlaşdırırıq”.
O əlavə edib ki, gəminin qayıtması astronavtların BKS-də iş yükündən, eyni zamanda orbital stansiyanın texniki yoxlanışı üçün açıq kosmosa çıxış qrafiki planından asılıdır.
Qeyd edək ki, SpaceX şirkətinə məxsus olan “Crew Dragon” mayın 31-də BKS-yə çatıb.
Son xəbərlər
Son Xəbərlər