“Crocus”dakı terrorun təkrarı ABŞ-də ola bilər”

crocusdaki-terrorun-tekrari-abs-de-ola-biler
Oxunma sayı: 1058

“ABŞ-də “Crocus”dakı terror aktına bənzər hadisənin təkrarlanması mümkündür”.

“Qafqazinfo” “Washington Post”a istinadən xəbər verir ki, bunu ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Vrey bildirib.

O bu qorxusunu son illər sərhəddə qanunsuz miqrantların sayının artması ilə əlaqələndirib:

“Xarici terrorçuların ABŞ-də hücumu asanlaşdırmaq üçün cənub-qərb sərhədimizdən, digər giriş limanlarımızdan və ya immiqrasiya sistemimizdəki zəifliklərdən istifadə etməyə çalışacaqlarından çox narahatam”.