Çubays iki şirkətin direktorlar şurasından getdi

cubays-iki-sirketin-direktorlar-surasindan-getdi
Oxunma sayı: 2155

“Rosnano”nun keçmiş rəhbəri və Rusiya Prezidentinin keçmiş xüsusi nümayəndəsi Anatoli Çubays könüllü olaraq “AFK Sistema” və onun portfel şirkəti “Elektrozavod” ASC-nin direktorlar şuralarını tərk edib.

"Qafqazinfo” xəbər verir ki, “RİA Novosti” xəbər yayıb. 

Çubays 2020-ci ilin iyununda “AFK Sistema”, 2021-ci ilin martında isə “Elektrozavod ASC”nin direktorlar şurasına qoşulub.

Martın ortalarında Çubays Rusiya prezidentinin xüsusi nümayəndəsi vəzifəsini tərk edib və Rusiyadan gedib. 
Çubaysın gedişinin mümkün səbəb kimi, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə razılaşmaması göstərilir. Prezidentin mətbuat katibi Dmitri Peskov daha sonra Çubaysın öz istəyi ilə istefa verdiyini təsdiqləyib.