Cüdo millimiz Tokioda məşqə çıxdı

Cüdo millimiz Tokioda məşqə çıxdı
Oxunma sayı: 830

Cüdo üzrə yığma komadamız Yaponiya paytaxtında məşqə çıxıb.

"Qafqazinfo" xəbər verir ki, komandamızın məşqi cüdonun mənbəyi hesab edilən Kodakanda baş tutub. 

Qeyd edək ki, cüdo yarışlarının püşkatma mərasimi iyulun 22-də Bakı vaxtı ilə saat 9:00-da keçiriləcək. Olimpiadada cüdo yarışları iyulun 24-dən 31-dək keçiriləcək.

Cüdoçularımızdan tatamiyə əvvəlcə Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) çıxacaq.

Azərbaycan cüdo tarixində ilk dəfə olaraq ölkəmiz Olimpiya Oyunlarında 9 cüdoçu ilə təmsil olunacaq.