Cüdo millimizin DÇ üçün heyəti açıqlandı

cudo-millimizin-dc-ucun-heyeti-aciqlandi
Oxunma sayı: 2173

Azərbaycanı cüdo üzrə dünya çempionatında təmsil edəcək idmançıların adları açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək turnirə 100-dən çox ölkədən 700-ə yaxın cüdoçu qatılacaq.

Azərbaycan mayın 19-23-ü aralığında reallaşacaq yarışda 8 çəki dərəsində təmsil olunacaq. Millimiz dünya çempionatına məşqçilər Riçard Trautman və Rəşad Məmmədovun rəhbərliyi altında 9 kişi və 2 qadın idmançı ilə qatılacaq.

Kişilərin mübarizəsində 60 kq çəkidə Balabəy Ağayev və Turan Bayramov, 66 kq-da Yaşar Nəcəfov və Kamran Süleymanov, 73 kq-da Hidayət Heydərov, 81 kq-da Zelim Tçkayev, 90 kq-da Elcan Hacıyev və Vüqar Talıbov, 100 kq-da isə Zelim Kotsoyev Azərbaycana medal qazandırmağa çalışacaq.

Qadınların mübarizəsində isə 48 kq çəkidə ölkəmizi Leyla Əliyeva, 57 kq çəkidə Acelya Toprak təmsil edəcək.