“Qafqazinfo” xəbər verir ki, 73 kq çəki dərəcəsində millimizi təmsil edən Hüseyn Rəhimli da bundan əvvəlki komanda yoldaşları kimi mundialı mükafatsız başa vurub.
1/64 finaldan mübarizəyə start verən Rəhimli ilk görüşdə latviyalı Dmitri Fedoseyenkov, növbəti qarşılaşmada əfqanıstanlı Reşaf Mor Aryanı məğlub edib. Lakin idmançımız 1/16 finalada sloveniyalı Rok Draksiçə uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, 66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxaəlizadə və Hidayət Heydərov da mundialı mükafatsız başa vurmuşdu. Digər təmsilçilərimiz - Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov və Elxan Məmmədov (hər ikisi 100 kq) hələ mübarizəyə qoşulmayıb.
Son xəbərlər
Son Xəbərlər