Cüdo üzrə Avropa çempionatı: Azərbaycan 11-cidir

cudo-uzre-avropa-cempionati-azerbaycan-11-cidir
Oxunma sayı: 1310

Portuqaliyanın paytaxtı Lissabonda start götürən cüdo üzrə Avropa çempionatında birinci günün yarışları başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, turnirin birinci gününün yekun nəticələrinə görə, komandamız 1 bürünc medalla 11-ci sırada qərarlaşıb. Ölkələr arasında ən çox medalı Fransa komandası (1 qızıl, 1 gümüş, 2 bürünc medal) qazanıb. İtaliya yığması ikinci (1 qızıl, 1 gümüş medal), İspaniya komandası isə üçüncü (1 qızıl, 1 bürünc medal) yerlərdə qərarlaşıblar.

Yığmamızın aktivinə bürünc medalı 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov yazdırıb.

Turnirdə Azərbaycan 9 cüdoçu ilə təmsil olunur. Aprelin 18-dək davam edəcək qitə çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparır.