Cüdo üzrə dünya çempionatı bu şəhərdə keçiriləcək

cudo-uzre-dunya-cempionati-bu-seherde-kecirilecek
Oxunma sayı: 989

2021-ci ildə cüdo üzrə dünya çempionatı Özbəkistanın Daşkənd şəhərində keçiriləcək. “Qafqazinfo”nun məlumatına görə, bunu Beynəlxalq Cüdo Federasiyasının (IJF) mətbuat xidməti açıqlayıb.

Belə ki, IJF 2021-ci ildə dünya birinciliyinin Daşkənddə keçirilməsinə dair Özbəkistanın Cüdo Federasiyası ilə müqavilə imzalayıb. Müqavilənin imzalanması Özbəkistanın Milli Olimpiya Komitəsinin binasında baş tutub.

Bundan əlavə, cüdo tarixində ilk dəfə dünya çempionatı Beynəlxalq Korlar İdmanı Federasiyası ilə bərabər keçiriləcək.