Cüdo üzrə Türkiyə millisi “EYOF Bakı 2019”un çempionu olub

cudo-uzre-turkiye-millisi-eyof-baki-2019un-cempionu-olub
Oxunma sayı: 834

Cüdo üzrə Türkiyə millisi XV Avropa Gənclər Olimpiya Festivalının qarışıq komanda yarışının qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, finalda Rusiya komandası ilə mübarizə aparan Türkiyə yığması 4:0 hesabı ilə qalib gələrək festivalın qızın medalını qazanıb.

Qardaş ölkənin yığma komandası dörddəbir finalda İtaliya (4:0), yarımfinalda isə Gürcüstan (4:0) komandalarına qalib gəlib.

Bürünc medal uğrunda görüşdə isə Almaniya yığması İtaliya komandasını 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.