Cüdo üzrə yarış keçirilib- - Bərdədə

cudo-uzre-yaris-kecirilib-
Oxunma sayı: 856


"Qafqazinfo"ya daxil olan məlumata görə, birincilikdə 2 şəhər və 6 rayondan müxtəlif çəki dərəcəsində 120-ə yaxın idmançı iştirak edib. 

Tədbiri giriş sözü ilə açan Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov I Avropa Oyunları və onun əhəmiyyəti ilə bağlı məlumat verib. 

Cüdo üzrə Bərdə komandasının məşqçisi, idman ustası Şahin Əhmədov, Sumqayıt şəhər Təhsil Respublika İdman Mərkəzinin cüdo üzrə baş məşqçisi İlqar Niftalıyev, Gəncə Olimpia İdman kompleksinin cüdo üzrə baş məşqçisi, əməkdar məşqçi Ramiz Məmmədov, Göyçay rayonunun cüdo üzrə baş məşqçisi Soltanəli Məmmədov çıxış ediblər. 

Gərgin mübarizə şəraitində keçən yarışda Sumqayıt şəhər komandası I, Gəncə şəhər komandası II, Bərdə rayon komandası III yeri tutub. Qalib idmançılar müxtəlif dərəcəli diplom və medallarla mükafatlandırılıb.