Cüdoçular İlham Əliyevə şikayət etdi -

cudocular-ilham-eliyeve-sikayet-etdi-
Oxunma sayı: 1072


“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, ölkə başçısına ünvanlanan müraciətdə cüdoçular qarşılaşdıqları problemləri qeyd ediblər. Onlar cüdo idman növündə əldə edilən uğurları prezidentin diqqətinə çatdırıblar. Cüdoçular son illərdə gördükləri münasibətin nəticəsi olaraq, uğursuzluğa düçar olduqlarını və çıxış yolu olaraq, ölkə başçısından dəstək gözlədiklərini qeyd ediblər.

Müraciət cüdo idman növündə nailiyyəti olan 25 idmançı tərəfindən imzalanıb.

 Xatırladaq ki, Bakıda keçirilən I Avropa Oyunları zamanı 18 cüdoçumuzdan yalnız 1 nəfər mükafata layiq yer tuta bilmişdi.

Qeyd edək ki, federasiyanın prezidenti keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur.

“Qafqazinfo”