“Qafqazinfo” xәbәr verir ki, Azәrbaycanı bu günki yarışda 5 idmançı tәmsil edәcәk. 90 kq çәki dәrәcәsindә mübarizә aparacaq Ramin Qurbanov mübarizәyә 1/16 final mәrhәlәsindәn qoşulacaq. O, ilk görüşündә saat 13:00-da portuqaliyalı Çelio Diasla üz-üzә gәlәcәk.
100 kq çәki dәrcәsindә Elxan Mәmmәdov da mübarizәyә 1/16 finalda qoşulacaq. Cüdoçumuz bu mәrhәlәni keçmәk üçün 12:24-dә xorvatiyalı Zlatko Kumriçkә üz-üzә gәlәcәk.
Eyni çәkidә mübarizә aparan Elmar Qasımov isә 1/8 finaldan mübarizәyә qoşulacaq. Onun rәqibi hәlәlik bәlli deyil.
+100 kq-da Uşanqi Kokauri 1/16 finalda sloveniyalı Matyaz Çerayla qarşılaşacaq. Görüş 12:06-da başlayacaq.
Bu gün mübarizә aparacaq yeganә qadın idmançımız, 78 kq-da Günel Hәsәnli 1/16 finlda italiyalı Assunte Qaleone ilә üz-üzә gәlәcәk. Görüş 12:42-dә başlayacaq.
***
1/16 finalda sloveniyalı Matyaz Çerayla qarşılaşan Uşanqi Kakauri ipponla qәlәbә qazanıb.
***
100 kq çəki dərəcəsində cüdoçumuz Elxan Məmmədov xorvatiyalı Zlatko Kumriçi ipponla məğlub edərək 1/8 finala çıxıb.
***
78 kq-da mübarizə aparan qadın cüdoçumuz Günel Həsənli isə ipponla məğlub olub.
***
Ramin Qurbanov portuqaliyalı Çelio Diasla qarşılaşır. O, ipponla qələbə qazandı.
***
Cüdoçumuz Uşanqi Kakauri gürcüstanlı Levani Matiaşvili ilə qarşılaşır. O, rəqibinə ipponla uduzdu.
***
Elxan Məmmədov 1/8 finalda çexiyalı Lukaş Krpaleklə qarşılaşıb. O, ipponla rəqibinə uduzub.
Digər cüdoçumuz Elmar Qasımov isə portuqaliyalı Xorxe Fonseka ilə qarşılaşacaq.
***
Elmar Qasımov da ipponla uduzdu.
***
Ramin Qurbanov macarıstanlı Kriştian Totla qarşılaşır.
***
Ramin Qurbanov da rəqibinə məğlub oldu.
Son xəbərlər
Son Xəbərlər