Cüdoçularımız 3 medal qazandılar - Fotolar

cudocularimiz-3-medal-qazandilar
Oxunma sayı: 1502

Fevralın 12-də Parisdəki Accorhotels Arena”da keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisi bu idman üzrə ən mötəbər hesab olunan Paris turnirində 3 medal qazanıb.

Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Hidayət Heydərov (73 kq) beynəlxalq turnirin bürünc medalına sahib olublar.

İki gün davam edən yarışlarda 63 ölkədən 459 idmançı mübarizə aparıb. Turnirdə ölkəmizi 7 idmançı təmsil edib.