Cüdoçularımız Avropa çempionatının qalibi oldu

cudocularimiz-avropa-cempionatinin-qalibi-oldu
Oxunma sayı: 1168

Sloveniyanın Maribor şəhərində gənc cüdoçuların Avropa birinciliyində komanda yarışları keçirilib.
 
“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan milli komandası mötəbər yarışda bütün rəqiblərinə- Ukrayna, Finlandiya, İtaliya və Gürcüstan yığma komandalarına qalib gələrək Avropa çempionu olub. 

Elçin İsmayılovun başçılıq etdiyi məşqçilər heyətinin üzvlərinə və cüdoçularımıza qitə birinciliyinin qızıl medalları təqdim olunub.