Cüdoçularımız Avropa kuboku turnirinin ilk günündə 4 medal qazandı

cudocularimiz-avropa-kuboku-turnirinin-ilk-gununde-4-medal-qazandi
Oxunma sayı: 1738

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə Avropa kuboku turniri davam edir.

“Qafqazinfo” xəbər verir ki, yarışın birinci günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.

Yarışın ilk günündə 6 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Ruslan Paşayev (66 kq) qızıl medal, Kamran Süleymanov bürünc medal əldə ediblər.

Turnirdə 73 kiloqram çəki dərəcəsində final görüşündə iki cüdoçumuz - İbrahim Əliyev və Telman Vəliyev qarşılaşıb. Nəticədə İ.Əliyev qızıl medal qazanıb. Digər cüdoçumuz bürünc medalla kifayətlənib.

Avropa kuboku turnirinə bu gün yekun vurulacaq.