Cüdoçularımız İslamiadada mübarizəyə qoşulur

cudocularimiz-islamiadada-mubarizeye-qosulur
Oxunma sayı: 730

Bu gün İslam Həmrəylik Oyunlarında cüdo yarışlarına start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, 9 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. 

Kişilər
60 kq
Bu çəki dərəcəsində yarışan Orxan Səfərov ilk mərhələdən azaddır. Mübarizəyə 1/4 finaldan başlayacaq cüdoçumuzun ilk rəqibi Ali Xosrof (Yəmən)/Moktar Alassane (Nigeriya) cütünün qalibi olacaq.
 
66 kq
Nicat Şıxəlizadə də yarışa 1/4 finalla start verəcək. Avropa çempionatının bürünc mükafatçısı Eisa Macraşi (Səudiyyə Ərəbistanı)/Muhammed Mohsen (Fələstin) mübarizəsinin qalibi ilə yarımfinal uğrunda güləşəcək.
 
73 kq
Bu çəkidə iki idmançımız tatami üzərinə çıxacaq. Avropa çempionu Hidayət Heydərov 1/8 finalda toqolu Frederik Adebayo Olimpionu sınağa çəkəcək.
 
Qitə birinciliyinin bürünc mükafatçısı Rüstəm Orucov da İslam Oyunlarına 1/8 finalla start verəcək. Onun ilk rəqibi isə Uzeir Mohd Fikri (Malaziya)/Behrusi Xocazadə (Tacikistan) cütünün qalibi olacaq.
 
Qadınlar
48 kq
Bu çəki dərəcəsində iki idmançımız mübarizə aparacaq. Aişə Qurbanlı yarımfinalda iordaniyalı Ayah Kitane ilə qüvvəsini sınayacaq.
 
Digər təmsilçimiz Erdenebat Bazarraqça isə qazaxıstanlı Səltənət Sultanbekova və mərakeşli Vafai Şofre İdrissi ilə birlikdə dairəvi sistemlə ikinci finalçının adına aydınlıq gətirəcəklər.
 
52 kq
Nəzakət Əzizova yarışa 1/4 finalla start verəcək. O, ilk olaraq qabonlu Ester Korine Evala Bondime ilə mübarizə aparacaq.
 
57 kq
Bu çəkidə də iki cüdoçumuz mübarizə aparacaq. Munxtsedev İçinxorlu 1/8 finalda iordaniyalı Hadel Elalmi ilə görüşəcək. Təmsilçimiz qalib gələcəyi halda yarımfinal uğrunda Ratiba Tariket ilə güləşəcək.
 
Kifayət Qasımova da ilk olaraq 1/8 finaldan başlayacaq. Cüdoçumuz mərakeşli Yusra El Buhariyə qalib gəlməyo bacarsa, qığızıstanlı Kseniya Beldiagina ilə qarşılaşacaq.
 
63 kq
Xanım Hüseynova yarışa 1/4 finalla start verəcək. Onun ilk rəqibi ilə türkmənistanlı Ayna Cumaquliyeva olacaq.
 
Qeyd edək ki, cüdo yarışları mayın 13-16-da Heydər Əliyev adına Bakı İdman Sarayında keçiriləcək.